Avropa Liqasının qrup mərhələsinin IV turunun PAOK-la oyunu “Qarabağ”ın futbolçusu Rahid Əmirquliyevin yubiley matçı olacaq. Apasport.az saytının məlumatına görə, Yunanıstandakı görüşdə forma geyinsə, 27 yaşlı yarımmüdafiəçi avrokuboklarda 20-ci qarşılaşmasına çıxacaq.
Qitə miqyaslı turnirlərdə 19 oyun keçirən futbolçunun hesabında hələlik 2 qol var. Rahid Ağdam klubunda 4 matçda şans qazanıb və 1 dəfə rəqib qapısına yol tapıb.
Əmirquliyev əvvəlki 15 görüşdə isə “Xəzər Lənkəran”ın şərəfini qoruyub. Həmin matçlarda da yarımmüdafiəçi 1 dəfə fərqlənib.
Qeyd edək ki, sabah keçiriləcək PAOK – “Qarabağ” oyunu Salonikidə keçiriləcək.