Samir Abasov “Sumqayıt”ın baş məşqçisi postunda yubiley məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, gənc çalışdırıcı ikinci mövsümdü rəhbərlik etdiyi komanda ilə 25-ci dəfə yenilib.
Bu məğlubiyyət Premyer Liqanın XXII turunun “İnter”lə matçına təsadüf edib. Səfərdə 0:1 hesabı ilə yenilən “Gənclik şəhəri” təmsilçisi məşqçisini “25”ə çatdırıb.
Abasov “sükan arxasında”kı 57-ci qarşılaşmada 25-ci məğlubiyyət acısını yaşayıb. Digər 32 görüşdə 17 qələbəsi olan məşqçi 15 dəfə bərabərliyə şahidlik edib. Onun yetirmələri 63 qol vurub, 87-ni buraxıb.
Bu məğlubiyyətlərin 21-i çempionat matçlarına təsadüf edib. 51 qarşılaşmada 15 qələbə, 15 heç-heçəsi olan çalışdırıcı digər oyunlarda üzüntü yaşayıb.
Digər 4 yenilgi isə 6 kubok matçında qeydə alınıb. 2 qələbəsi olan sumqayıtlılar məşqçisini daha çox məyus edib.