Topaz Premyer Liqasının VI turunda “Neftçi”nin qonağı olan “Sumqayıt” qarşılaşmanı baş məşqçisiz keçirir. Apasport.az saytının məlumatına görə, komandanın çalışdırıcısı Samir Abasov cəzalı olduğundan matçı tribunadan izləyir.
“Gənclik şəhəri” təmsilçisini meydana Seymur Rəhimov çıxarıb. Texniki zona ilə üzbəüz tribunada oturan Abasov ikinci hissənin əvvəllərində köməkçisinə zəng vuraraq, dəyişikliklə bağlı göstəriş verib.
Zəngdən dərhal sonra isə Seymur Rəhimov hücumçu Məhəmməd Qurbanovu iranlı futbolçu Afşin Esmailzadə ilə əvəzləyib.
Qeyd edək ki, ikinci hissəsi gedən görüşdə hesab 1:1-di.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"