[b]Samir Məsimov debüt etdi, komandası uduzmadı[/b]
07.03.2016 - 00:31
Sloveniya çempionatında 24-cü tura yekun vurulub. Apasport.az saytının, məlumatına görə, həmyerlimiz Samir Məsimovun şərəfini qoruduğu "Domjale" bu turda öz meydanında "Qoritsa" ilə qarşılaşıb.
Samirin 68-ci dəqiqədə meydana çıxdığı oyun 1:1 hesablı bərabərliklə nəticələnib.
Hazırda hesabında 39 xal olan "Domjale" üçüncü pillədə qərarlaşıb.
0
0