[b]Saşa Stamenkoviç: Həmişə iddialı klublarda oynamışam[/b]
01.04.2016 - 11:09
[b]Saşa Stamenkoviç: Həmişə iddialı klublarda oynamışam[/b]

“Karyeram ərzində iddialı komandalarda çıxış etmişəm. “Srvena Zvezda” və “Neftçi” buna sübutdu”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstanın “Okjetpes” klubu ilə müqavilə imzalayan Saşa Stamenkoviç deyib.

 

“Neftçi” ilə iki dəfə həm Azərbaycan çempionluğunu, həm də kubokunu qazanan serbiyalı qolkiper Qazaxıstan mətbuatına müsahibə verib.

 

Stamenkoviç yeni komandasındakı hədəfləri barədə danışarkən, Azərbaycanda keçirdiyi günlərdən də qısa bəhs edib: “Futbolçu ömrü uzun deyil. Bu gün burda, sabah başqa yerdə ola bilərsən. “Srvena Zvezda” və “Neftçi” kimi iddialı komandalarda hər zaman hədəf maksimum nəticə göstərmək, titullar qazanmaq olub. Orda böyük təcrübələr qazanmışam. Bunun yeni komandam “Okjetpes”ə də köməyi olacağını düşünürəm. Bu klubun da hədəfləri böyükdü. Əvvəlki komandalarımda yerli-legioner fərqi hiss etməmişəm. Kim güclü olubsa, o da meydana çıxıb. “Okjetpes”də də bu cür olacağını düşünürəm”.

 

Qeyd edək ki, Saşa Stamenkoviç 2011-2015-ci illərdə “Neftçi”nin formasını geyinib.