[b]Şehiç “100”ü yarıladı[/b]
15.03.2017 - 00:33
[b]Şehiç “100”ü yarıladı[/b]

Azərbaycan Premyer Liqasının XXII turu “Qarabağ”ın qapıçısı İbrahim Şehiç üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Bosniya və Herseqovina millisinin qolkiperi Azərbaycan çempionatında 50-ci quru oyununu keçirib.

 

İbrahimin yubileyi AZAL-la ev matçına təsadüf edib. Bunadək 49 dəfə qapısını toxunulmaz saxlayan legioner 1:0 hesablı qələbə ilə “50”yə çatıb.

 

Şehiç Premyer Liqadakı 97-ci matçında “100”ü yarılayıb. O, keçirdiyi oyunlarına 51,5 faizində qol buraxmayıb.

 

Digər görüşlərdə isə “Qarabağ”ın qapıçısı 61 qola üzülüb.