[b]Şehiçin Bezotosnıya çatmaq şansı[/b]
19.05.2016 - 12:37
[b]Şehiçin Bezotosnıya çatmaq şansı[/b]

Topaz Premyer Liqasının sabah keçiriləcək sonuncu turu mövsümün ən çox quru oyun keçirən qapıçısını müəyyənləşdirəcək. Apasport.az saytının məlumatına görə, XXXVI tur ərəfəsində rekord Dmitri Bezotosnıya məxsusdu.

 

“Qəbələ”nin ukraynalı qolkiperi 17 matçda qapısını toxunulmaz saxlayıb. O, mövsümü ən azı rekorda şərik kimi bitirəcək. Legioner “Kəpəz”lə sabahkı qarşılaşmada qol buraxmasa, izləyiciləri üçün əlçatmaz olub, mövsümün mütləq rekordunu yeniləyəcək.

 

AZAL-la qarşılaşan “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin hesabında isə 16 quru oyun var. Son turda qapısını toxunulmaz saxlasa, bosniyalı Bezotosnıya çata bilər. Lakin bunun üçün sonuncu qol buraxmalıdı. Bir sözlə, mövsüm ya ukraynalının vahid liderliyi, ya da Dmitri ilə İbrahimin şərikli rekordu ilə bitəcək.

 

Bu göstəricidə 3-cü yerin üç şəriki var. AZAL-ın qolkiperi Stanislav Namaşko, “Kəpəz”in əlcək sahibi Tadas Simaitis və yerli qapıçılar arasında ən yaxşı olan Anar Nəzirovun (“Zirə”) hesabında 14 quru matç var. Mövsüm ərzində iki klub – “İnter”lə “Sumqayıt”da çıxış etmiş Səlahət Ağayev 10 matçda meydanı qol buraxmadan tərk edib.