[b]Sərdar Şeydayevlə bir komandada[/b]
04.01.2017 - 11:41
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin komandası “Trabzonspor” növbəti transferini reallaşdırıb. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, “bordo-mavililər” Moskva “Spartak”ının müdafiəçisi Sərdar Taşçı ilə anlaşıb.
Razılığa əsasən, Almaniya millisinin sabiq üzvü yeni komandası ilə 3,5 illik müqavilə imzalayacaq. 29 yaşlı oyunçunun illik məvacibi isə 2,3 milyon avro təşkil edəcək.
Qeyd edək ki, 2013-cü ildən “Spartak”a məxsus olan Sərdar Taşçı ötən il icarə əsasında “Bavariya”da çıxış edib.
0
0