[b]Sergey Zenyov Cəbəllütariq və Yunanıstanla görüşlərə çağırıldı[/b]
28.09.2016 - 15:05
[b]Sergey Zenyov Cəbəllütariq və Yunanıstanla görüşlərə çağırıldı[/b]

Estoniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın yeni baş məşqçisi Martin Reym özünün debüt matçlarında güvənəcəyi futbolçuları müəyyənləşdirib.

 

DÇ-2018-in seçmə mərhələsinin oktyabrın 7-də Cəbəllütariq, 10-da Yunanıstanla oyunlarında estoniyalılar 26 futbolçuya güvənəcək. Reym “Qəbələ”nin legioneri Sergey Zenyovu da yığmaya dəvət edib.

 

27 yaşlı futbolçu Topaz Premyer Liqasının VII turunun “Qarabağ”la matçından sonra yığmaya yollanacaq.

 

Qeyd edək ki, Sergey indiyədək millidə keçirdiyi 52 matçda 10 qol vurub.

0