“Qəbələ” aparıcı futbolçularından olan Sergey Zenyovun xidmətindən məhrum qalıb. Klubdan apasport.az saytına verilən məlumata görə, estoniyalı yarımmüdafiəçi Topaz Premyer Liqasının XIX turunda “Kəpəz”lə səfər matçında zədələnib.
Gəncə klubunun 3:0 hesablı qələbəsi ilə nəticələnən görüşün 15-ci dəqiqəsində başından xəsarət alan və dərhal komanda yoldaşı Aleksey Antonovla əvəzlənən 27 yaşlı oyunçu tibbi müayinədən keçib. Məlum olub ki, hücumameyilli oyunçu yüngül beyin silkələnməsi keçirib.
Həkimlər onun məşqlərə başlamasına hələlik icazə vermirlər. 2-3 gün yataq şəraitində müalicə alacaq Zenyov yalnız gələn həftədən etibarən komandaya qoşula biləcək. Bu isə o deməkdi ki, futbolçu fevralın 7-də XX tur çərçivəsində “İnter”lə keçiriləcək qarşılaşmanı buraxacaq.
Ciddi problem yaranmasa, Sergey XXI turda AZAL-la səfər matçında meydandakı yerini ala biləcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"