[b]Serxio Ramos “100-lər klubu”nda[/b]
18.04.2017 - 22:27
[b]Serxio Ramos “100-lər klubu”nda[/b]

“Real”ın müdafiəçisi Serxio Ramos “100-lər klubu”na daxil olub. Apasport.az saytının məlumatına görə, ispan futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bavariya” ilə oyuna start heyətində başlayacaq.

 

Bu isə Ramosun qitənin ən nüfuzlu klub turniri çərçivəsində meydana çıxacağı yubiley, 100-cü oyun olacaq. “Kral klubu”nun kapitanı bu göstəriciyə çatan 30-cu futbolçu olacaq.

 

Qeyd edək ki, geridə qalan 99 matçda 58 qələbəyə sevinmiş Ramos 20 dəfə məğlubiyyətə üzülüb. Daha 21 oyunda isə qalib müəyyənləşməyib. Müdafiəçi bu oyunlarda adının qarşısına 10 qol, 1 avtoqol, 30 sarı və 3 qırmızı vərəqə yazıdırıb.