[b]Şeydayev “Samsunspor”un düşərgəsinə yollandı[/b]
05.01.2017 - 09:33
[b]Şeydayev “Samsunspor”un düşərgəsinə yollandı[/b]

Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev “Trabzonspor”dan ayrılıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc futbolçu ikinci dövrədən etibarən Superliqa təmsilçisində çıxış etməyəcək.

 

Belə ki, Şeydayev “Samsunspor”a rəsmən icarəyə verilib. Millimizin üzvü Antalyada təlim-məşq toplanışında olan PTT I Liqa klubunun düşərgəsinə qoşulub. Transferlə bağlı problemləri yoluna qoyan Samsun təmsilçisi Şeydayevlə yanaşı, daha 2 oyunçunun keçidini həll edib. Bunlar “Trabzonspor”un digər futbolçusu Göksu Türkdoğan və “Göztəpə”dən transfer edilən Fomaussa Konedi.

 

Qeyd edək ki, “Samsunspor” PTT I Liqada geridə qalan 16 turdan sonra turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.