[b]Şeydayev yoxdusa, qələbə yoxdu[/b]
06.08.2017 - 01:49
Slovakiya çempionatında III turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Ramil Şeydayevin çıxış etdiyi “Jilina” səfərdə “Zlate Moravçe”nin qonağı olub.
Oyun meydan sahiblərinin qələbəsi ilə yekublaşıb – 2:0.
Milli üzvü ötən tur olduğu kimi bu dəfə də oyunun iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, son Slovakiya çempionu olan “Jilina” 3 oyunun hamısında uduzaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
0
0