[b]Şimali İrlandiya yığmasında itki[/b]
03.06.2017 - 14:51
DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Şimali İrlandiya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya təmsilçisi Kreyq Ketkart xidmətindən məhrum olub.
Belə ki, dizindəki ağrılar səbəbindən Yeni Zelandiya ilə yoxlama matçını buraxan müdafiəçinin Bakıya gətirilməməsi qərara alınıb. Təlim-məşq toplanışına da sonradan qoşulan futbolçu artıq heyətdən uzaqlaşdırılıb.
Qeyd edək ki, iyunun 10-da baş tutacaq Azərbaycan – Şimali İrlandiya qarşılaşması saat 20:00-da start götürəcək.
0
0