“Qəbələ” III dövrənin startınadək braziliyalı hücumçu transfer edə bilər. Apasport.az saytının xəbərinə görə, söhbət 1991-ci il təvəllüdlü Emerson Brito dos Santosdan gedir.
Türkiyə toplanışının son 2 günündə baş məşqçi Roman Qriqorçukun ixtiyarında olan 25 yaşlı forvard hazırda vətənindədi. O, sənədləşmə məsələlərinin həlli üçün Braziliyaya yollanıb.
Emerson karyerasına yerli “Bahia”nın U-20 komandasında başlayıb və 1 il sonra yaşıdları arasında Braziliya çempionu titulunu qazanıb. Daha sonra “Seara” və “Quarani” klublarının şərəfini qorumuş hücumçu 2012-ci ildə “Palmeyras”ın “B” komandasına transfer olunub.
Həmin mövsüm dos Santos “Paulista” kubokunda 3 qola imza atıb. Həmin ilin avqustunda “Palmeyras”ın əsas komandasına cəlb olunan futbolçunun debütü “Santos”la oyuna təsadüf edib. Baş məşqçi - əfsanəvi Luis Felipe Skolari onun xidmətinə 2013-ün aprelində ehtiyac duyub.
Maraqlıdı ki, “Palmeyras”a keçənədək Emerson "Seara" adı altında çıxış edib. O, 2014-cü ilin ikinci yarısını da Braziliyanın 2-ci divizion təmsilçisi “Amerika”da keçirib.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI