[b]Son ev sınağı[/b]
05.09.2016 - 10:54
[b]Son ev sınağı[/b]

Sabah 21 yaşadək futbolçular arasında AÇ-2017-nin seçmə mərhələsinin növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 7-ci qrupda çıxış edən Azərbaycan yığması son ev matçına çıxacaq.

 

Yaşar Vahabzadənin yetirmələri Farer adaları ilə üz-üzə gələcək. Qrupda sonuncu yeri tutacağı rəsmiləşən şimallılardan fərqli olaraq, yığmamız üçün qələbə çox vacibdi.

 

4-cü yer uğrunda mübarizə aparan, hətta 3-cü yerə də nəzəri şansları olan millimiz seçmə mərhələdəki son ev matçında qalib gəlməlidi. Səfərdə məğlub etdiyi rəqibi “Dalğa Arena”da sınağa çəkəcək komandamız tsikldə eyni yığmadan 6 xal almağı bacarmış olacaq.

 

Son iki qarşılaşmanı xalsız tərk etməyən millimiz seriyanı 3-ə çatdırmaq əzmindədi. Bu matçlarda ən azı 2 dəfə fərqlənən, son 3 görüşdə isə qolsuz qalmayan yığmamız autsayderi də yenmək əzmindədi.

 

Farer adaları isə son 3 tsikldə cəmi 1 qələbə qazanıb. Bu müddətdə 24 matçdan 19-da uduzan rəqibimiz Bakıda sensasiyaya ümid edir. Seçmə oyunlarına Toftirdəıki minimal hesablı qələbə ilə start verən komandamız ada təmsilçisini 15 aydan sonra da xalsız qoysa, 4-cü pillədə mövqeyini möhkəmlədəcək.

 

Xal itkisi 4-cü pillənin əldən verilməsi ilə nəticələnə bilər. Çünki yığmamızın yalnız şəxsi oyunların nəticələrinə görə arxada qoyduğu Rusiya öz meydanında Avstriyanı qəbul edəcək. Cari tsikldə uğursuz çıxış edən şimallılar millimizin büdrəməsindən yararlanmaq arzusundadı.

 

 

AÇ-2017-nin seçmə oyunu

7-ci qrup

6 sentyabr

18:00. Azərbaycan – Farer adaları

Baş hakim: Dmitri Muntyan

Baş hakimin köməkçiləri: Vitali Qorbatov, Vlad Lifçiu

Dördüncü hakim: Yuri Kovtun (hamısı Moldova)

Hakim-inspektor: Stanislav Suxina (Rusiya)

UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)

Bakı. “Dalğa Arena” stadionu

 

1

Almaniya

7

7

0

0

26-4

21

2

Avstriya

7

6

0

1

19-7

18

3

Finlandiya

7

4

0

3

12-8

12

4

Azərbaycan

8

2

1

5

7-18

7

5

Rusiya

7

2

1

4

10-13

7

6

Farer adaları

8

0

0

8

2-26

0