[b]Sonuncu yarımfinalçı “Barselona” oldu[/b]
27.01.2017 - 09:25
[b]Sonuncu yarımfinalçı “Barselona” oldu[/b]

İspaniya kubokunda son yarımfinalçının da kimliyinə aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, “Alaves”, “Atletiko” və “Selta”nın ardınca “Barselona” da növbəti mərhələyə adlayıb.

 

“Real Sosyedad”ı qəbul edən Kataloniya təmsilçisi ilk görüşdə olduğu kimi, bu dəfə də qələbə qazanıb. Qarşılaşma Luis Enrikenin yetirmələrinin 5:2 hesablı qalibiyyəti ilə yekunlaşıb. Nəticədə “Barselona” yarımfinalda oynamaq şansı qazanıb.

 

Qeyd edək ki, İspaniya kubokunun yarımfinal mərhələsinin püşkü bu gün atılacaq.

 

İspaniya kuboku

¼ final mərhələsinin cavab oyunu

26 yanvar

 

“Barselona” – “Real Sosyedad” – 5:2

Qollar: Denis Suares, 17, 82; Lionel Messi, 55 (pen.); Luis Suares, 63; Arda Turan, 80 – Xuanmi, 62; Villian Xose, 73

İlk oyun - 1:0