[b]Suarez də Messi, Neymar və Masçeranoya qoşuldu[/b]
08.12.2016 - 19:39
[b]Suarez də Messi, Neymar və Masçeranoya qoşuldu[/b]

“Barselona” Luis Suarezlə yeni müqavilə ilə bağlı razılığa gəlib. Apasport.az saytının məlumatına görə, bu barədə klub prezidenti Xosep Bartemeu açıqlama verib.

 

“Reuters”ə danışan katalonların rəhbəri bildirib ki, uruqvaylı futbolçu ilə müddəti 2022-ci ilə kimi nəzərdə tutulmuş yeni anlaşma imzalanacaq. Bir neçə xırda detaldan başqa bütün məsələlərdə razılığa gəlindiyini bildirən klub rəsmisi yaxın günlərdə rəsmi açıqlama veriləcəyini deyib.

 

Qeyd edək ki, “Barselona” bir müddət əvvəl Neymar, Messi, Masçerano ilə də müqavilə yeniləmişdi.