Topaz Premyer Liqasının IV turunda keçirilən “Sumqayıt” - “İnter” matçında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bu dəfə hansısa futbolçu və ya məşqçi yox, azyaşlı topdaşıyan hərəkəti ilə diqqət çəkib.
Sumqayıt şəhər stadionunda oynanılan qarşılaşmanın 22-ci dəqiqəsində meydanın “İnter”ə aid hissəsində auta doğru gedən topa heç bir oyunçu yaxınlaşmayıb. Bunu görən topdaşıyanın topun auta çıxmasını gözləməyə səbri çatmayıb və meydana daxil olaraq, onu saxlayıb. Azyaşlının bu hərəkəti stadiona toplaşan azarkeşlər tərəfindən gülüşlə qarşılanıb.
Qeyd edək ki, hazırda birinci hissəsi keçirilən matçda “İnter” 1:0 hesabı ilə öndədi.