“İnter”in hücumçusu Ağabala Ramazanov zədələnib. Apasport.az saytının məlumatına görə, o, Topaz Premyer Liqasının IV turu çərçivəsində “Sumqayıt”la keçirilən qarşılaşmada xəsarət alıb.
Sumqayıt şəhər stadionundakı görüşün 61-ci dəqiqəsində qol vurarkən zədələnən Ramazanov öncə bunun ciddiliyini hiss etməyib. Lakin çox keçməmiş ayağında ağrılar hiss edən yığma komandamızın forvardı əvəzlənməsini istəyib.
Nəticədə 64-cü dəqiqədə baş məşqçi Zaur Svanadze onun əvəzinə Nizamı Hacıyevi mübarizəyə qoşub. Hacıyev meydana daxil olar-olmaz komandanı kapitan kimi meydana çıxaran Elnur Abdullayev sarğını onun qoluna taxıb.
Qeyd edək ki, “Sumqayıt” - “İnter” görüşündə qonaqlar 2:0 hesabı ilə öndədilər.