[b]Superkubok “Real”a lazım deyil?[/b]
01.08.2016 - 17:36
[b]Superkubok “Real”a lazım deyil?[/b]

Avqustun 9-da keçiriləcək UEFA Superkuboku gündən-günə marağını itirir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qalibi “Real” bu turnirin lazımsız olduğunu bir daha təsdiqləyib.

 

Belə ki, Madrid təmsilçisi Avropa Liqasının qalibi “Sevilya” ilə görüşdə daha 3 aparıcı futbolçusunun olmamasına razılaşıb. AÇ-2016-nın final oyununda zədələnən Kriştianu Ronaldonun ardından Pepe, Toni Kroos və Qaret Beylin də Superkubokda oynamayacağı dəqiqləşib.

 

“Real”ın baş məşqçisi Zinəddin Zidan bu üçlüyə mövsümöncəsi daha çox istirahət verməyi lazım bilib. Oyunçularını Superkubokdan dəyərli hesab edən mütəxəssis onların məzuniyyət müddətini uzadıb.

 

Beyllə Kroos məzuniyyətdən avqustun 6-da dönəcək. Onların hazırlığın ilkin mərhələsində fiziki çalışmalara üstünlük verəcəyindən 3 gün sonra meydana çıxacağı mümkünsüzdü. Pepe isə Superkuboku evindən də izləyə bilər. Çünki onun məzuniyyəti avqustun 10-da başa çatacaq.