[b]Superkubok oyunlarının tarixi dəqiqləşdi[/b]
14.07.2017 - 09:29
İspaniya Superkuboku uğrunda oyunların tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Real” və “Barselona” arasında ilk qarşılaşma avqustun 13-də keçiriləcək.
Bu matça İspaniya kubokunun qalibi olan Kataloniya təmsilçisi ev sahibliyi edəcək. 3 gün sonra isə rəqiblər çempionun meydanında – Madriddə üz-üzə gələcək.
Qeyd edək ki, İspaniya çempionatının tarixləri də müəyyənləşib. Primeraya avqustun 3-cü həftəsində - 5-6-da start veriləcək. Son oyunlar isə 2018-ci il mayın 20-də baş tutacaq. Ölkə kubokunun finalı isə aprelin 21-nə planlaşdırılıb.
0
0