[b]Superkubokun yeri müəyyənləşdi[/b]
09.09.2016 - 14:08
[b]Superkubokun yeri müəyyənləşdi[/b]

İtaliya Superkubokunun keçiriləcəyi məkan müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, qarşılaşma ölkə xaricində oynanılacaq.

 

Həlledici matçda A seriyasının və ölkə kubokunun qalibi “Yuventus”la kubokun finalçısı “Milan” üz-üzə gələcək. Yerli futbol federasiyası görüşün Qətərdə keçirilməsini qərara alıb. Adıçəkilən oyun dekabrın 23-də Doha şəhərində baş tutacaq.

 

Qeyd edək ki, İtaliya Superkuboku ikinci dəfə Qətərə salınıb. 2014-cü ildə həmin məkanda “Napoli” “Yuventus”u (2:2) oyunsonrası penaltilərlə (6:5) məğlub edib.