[b]14 il sonra yenidən Super Liqada[/b]
05.06.2017 - 02:10
[b]14 il sonra yenidən Super Liqada[/b]

Yeni mövsümdən Türkiyə Super Liqasında çıxış edəcək sonuncu – 3-cü komandanın da adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Sivasspor” və “Yeni Malatyaspor”un ardınca “Göztəpə” də yüksək dəstədə mübarizə aparacaq.

 

Pley-offda “Əskişəhərspor”la üz-üzə gələn “sarı-qırmızılar” gərgin mübarizənin qalibi olub. Əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatan oyunda penalti zərbələrini dəqiq yerinə yetirən izmirlilər Super Liqaya yüksəlib.

 

Qeyd edək ki, “Göztəpə” 14 il sonra yenidən Super Liqa həyəcanı yaşayacaq.