[b]Tailand – Azərbaycan görüşü mundiallar tarixinə düşdü[/b]
23.09.2016 - 11:17
[b]Tailand – Azərbaycan görüşü mundiallar tarixinə düşdü[/b]

Futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsinin Tailand – Azərbaycan oyunu mundiallar tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 21 qolun vurulduğu matç çempionatların ən məhsuldar matçları siyahısına düşüb.

 

Yığmamızın əlavə vaxtda 13:8 hesabı ilə qalib gəldiyi qarşılaşma məhsuldarlığına görə yalnız 2 matçdan geri qalır.

 

Mundialların mütləq rekordu DÇ-2008-də qeydə alınıb. Həmin vaxt Rusiya – Solomon adaları  görüşündə 33 qol vurulub. Şimallılar Okeaniya təmsilçisinə “divan tutub” – 31:2.

 

DÇ-2000-də baş tutan Qvatemala – Braziliya oyununda isə 31 top vurulub. Həmin görüşdə “sambaçılar” 29:2 hesabına seviniblər.

 

Braziliyalıların 8 il əvvəl Solomon adaları üzərində 21:0 hesablı qələbəsi də var. Millimizin oyununda məhz bu görüşdəki məhsuldarlıq təkrarlanıb. Hər iki oyun 3-cü sırada qərarlaşıb. Tailand millisi isə uduzub, ən çox qol vuran komanda kimi tarixə düşüb.

0