[b]Türkiyənin tanınmış futbolçusu həbs olundu[/b]
10.06.2017 - 15:56
[b]Türkiyənin tanınmış futbolçusu həbs olundu[/b]

Türkiyənin tanınmış futbolçusu, hazırda şərhçi kimi fəaliyyət göstərən Tancu Çolak həbs olunub. Apasport.az-ın "Milliyyet" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbulda tutulan Çolak Ankaraya aparılıb.

 

Onun mafiyayla əlbir olduğu üzə çıxıb və barəsində saxlanma qərarı verilib.

 

Türkiyə millisinin şərəfini qorumuş hücumçu "Qalatasaray" və "Fenerbahçe" komandalarının da formasını geyinib.