[b]Tarixi qələbə, 400-cü qol, Azərbaycanda üçüncü[/b]
26.08.2016 - 12:20
[b]Tarixi qələbə, 400-cü qol, Azərbaycanda üçüncü[/b]

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları Azərbaycan klubları üçün bır sıra yubileylərlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın evdə İsveç “Höteborq”unu 3:0 hesabı ilə məğlub etməsi ikiqat yubileylə nəticələnib.

 

Bu, Azərbaycan klublarının Avropa Liqası (əvvəlki UEFA kuboku) turnirində 50-ci qələbəsi olub. Yubiley qələbəsi 184-cü matçda gerçəkləşib.

 

“Qarabağ” isə qitənin 2-ci dərəcəli klub turnirində 20-ci dəfə meydanı qalib tərk edib. Əyalət klubu buna 52-ci matçında çatıb.

 

Sloveniyada “Maribor”a vurduğu qol isə təmsilçilərimizin avrokuboklarda buraxdığı 400-cü top olub. 270 qarşılaşmada 236 top vuran futbolçularımız bunadək 399 qola üzülmüşdü.

 

Daha bir yubiley “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin hesabına yazılıb. Avrokuboklarda 50-ci matçını keçirən futbolçu bu rəqəmi arxada qoyan 3-cü azərbaycanlı kimi tarixə düşüb.

 

O, avrokuboklardakı oyun sayında yalnız Rəşadlardan – Sadıqovla Sadiqovdan geri qalır. Azərbaycan klublarında 72 görüş keçirən Sadıqov ümumilikdə 77 belə matçda iştirak edib. Sadiqovun hesabında isə 63 qarşılaşma var.