[b]Təmsilçimiz oynadı, klubu xal itirdi[/b]
07.04.2016 - 00:07
Sloveniya çempionatının 28-ci turunun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi “Domjale” də növbəti matçını keçirib.
Turnirin autsayderlərindən olan “Koper”lə qarşılaşan təmsilçimizin komandası qarşılaşmadan 1:1 hesablı bərabərliklə ayrılıb.
İlk dəqiqələrdən ehtiyatda qalan Samir Məsimov 63-cü dəqiqədən etibarən oyuna qoşulub.
Qeyd edək ki, 28 turdan sonra hesabında 46 xal olan “Domjale” 3-cü pillədə qərarlaşıb.
0
0