[b]Tərlan Əhmədov seçim edir[/b] - FOTOSESSİYA
03.01.2016 - 15:17
[b]Tərlan Əhmədov seçim edir[/b] - FOTOSESSİYA

AZAL-ın əsas komandası hələ hazırlığa başlamasa da baş məşqçi Tərlan Əhmədov iş başındadı. Klubdan apasport.az saytına verilən məlumata görə, Binə stadionunda komandanın ehtiyat qüvvəsinə baxış keçirən gənc mütəxəssis seleksiya fəaliyyətinə start verib.

 

Burada məqsəd əvəzedici heyətə və əsas komandaya futbolçu seçməkdir. Baxışa 30-dan çox futbolçu dəvət edən Əhmədov onlar arasından ən layiqli 10 yeniyetməni əsas heyətin məşqlərinə də cəlb etməyi planlaşdırır.

 

Qeyd edək ki, yoxlanışa cəlb olunanlar arasında Rusiyadan və İrandan gələn həmyerlilərimiz də var. "Seçim turu"na yanvarın 5-də yekun vurulacaq.