“Qəbələ”nin futbol direktoru Toni Adams baş məşqçi karyerasını davam etdirmək istəməyib. Apasport.az saytının məlumatına görə, İngiltərə futbolunun əfsanəsi Malayziya milli komandasını çalışdırmaqdan imtina edib.
Hazırkı baş məşqçi Onq Kim Svinin təyinatından əvvəl asiyalılar məhz Adamsla danışıqlar aparıb. Lakin britaniyalı 6 ilə yaxındı çalışdığı “Qəbələ”dən ayrılmaq istəmədiyini əsas gətirərək, karyerasını Asiyada davam etdirməyib: “Bu təklif çox cəlbedici və xoş idi. Amma götür-qoy edib, “Qəbələ”dəki işimi davam etdirməyi məqsədəuyğun saydım. Lakin gələcəkdə Asiyada çalışmağım istisna deyil. Bu qitədə futbol sürətlə inkişaf edir. Hansısa klub və ya yığmanın təklifini dəyərləndirməyim mümkündü”.
Qeyd edək ki, vətənində “Uikomb” və “Portsmut”un baş məşqçisi olmuş Adams 2010-11-ci illərdə “Qəbələ”ni çalışdırıb. İngiltərəli postunu tərk edəndən sonra klubda müxtəlif vəzifələrdə işləyib.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI