Topaz Premyer Liqasında XXXI turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək tura “Qarabağ” və “İnter” arasında mərkəzi oyunla start veriləcək.
Turun ikinci günü Lənkəranda başlayacaq və paytaxt derbisi ilə yekunlaşacaq. Aprelin 24-də isə əvvəl “Sumqayıt”la “Kəpəz” görüşəcək, ardınca iki paytaxt təmsilçisi üz-üzə gələcək.
XXXI tur
22 aprel (cümə)
19:00. “Qarabağ” – “İnter”
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
23 aprel (şənbə)
16:30. “Xəzər Lənkəran” – “Qəbələ”
“Xəzər Lənkəran” mərkəzi stadionu
19:00. “Neftçi” – “Zirə”
8-ci km qəsəbə stadionu
24 aprel (bazar)
14:00. “Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
16:00. “Rəvan” – AZAL
“Bayıl Arena”