[b]Topaz Premyer Liqasında antirekord[/b]
28.11.2016 - 15:18
[b]Topaz Premyer Liqasında antirekord[/b]

Topaz Premyer Liqasında yeni antirekord müəyyənləşib. Apasport.az saytının məlumatına görə, XIII turun AZAL – “Sumqayıt” qarşılaşması mövsümün ən az tamaşaçı toplayan görüşü olub.

 

Belə ki, 1:1 hesabı ilə başa çatan matçı vur-tut 150 tamaşaçı seyr edib. Bu matç “AZAL Arena”da keçirilib.

 

Bunadək antirekord 200-ə bərabər idi. Cari mövsümün 3 oyununda bu qədər seyrçi qeydə alınmışdı. IX turun AZAL – “Zirə” (1:1), X turun “İnter” – “Sumqayıt” (3:1) və XI turun AZAL “Qəbələ” (0:0) qarşılaşmalarında indikindən 50 nəfər artıq olub.

 

Qeyd edək ki, mövsümün rekordu VI turun “Kəpəz” – “Qarabağ” matçına təsadüf edib – 14238 tamaşaçı.