[b]Topaz Premyer Liqasında lazımsız oyun[/b]
07.03.2016 - 10:46
[b]Topaz Premyer Liqasında lazımsız oyun[/b]

Topaz Premyer Liqasında antirekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XXIV turun “Rəvan” – “Kəpəz” qarşılaşması (1:3) cari mövsümün ən az azarkeş qeydə alınan matçı olub.

 

Belə ki, “Bayıl Arena”da baş tutan görüşə vur-tut 80 izləyici gəlib. Bu isə az qala iki komandanın arenaya gələn heyətlərinin sayı qədərdi. Hər komandanın futbolçu, məşqçi, rəhbərlik, texniki personalı qarışıq hardasa 40-a yaxın adamdan az olmur.

 

Azarkeşlərə də lazım olmayan bu matç V turun AZAL - “İnter” görüşündəki (0:1) antirekordu yeniləyib. “Dalğa Arena”dakı həmin qarşılaşmada 100 tamaşaçı qeydə alınmışdı.