[b]Ture “Qalatasaray”ın gündəmində[/b]
08.05.2017 - 18:26
[b]Ture “Qalatasaray”ın gündəmində[/b]

“Mançester Siti”nin futbolçusu Yaya Ture Türkiyəyə köçə bilər. Apasport.az “TalkSport” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin xidmətində “Qalatasaray” maraqlıdı.

 

İstanbul klubu Tureni mövsümlərarası fasilədə heyətinə qatmaq niyyətindədi. “Şəhərlilər”lə sözləşməsi yayda başa çatacaq futbolçu azad agent statusuna yiyələnəcək. “Cim-bom” da məhz bundan istifadə etmək arzusundadı.

 

Qeyd edək ki, karyerası ərzində “Beveren”, “Metallurq” (Donetsk), “Olimpiakos”, “Monako” və “Barselona” klublarının da formasını geyinmiş Yaya Ture 2010-cu ildən “Mançester Siti”nin uğurları üçün çalışır.