[b]Türk derbisinin qalibi “al qurdlar” oldu[/b]
06.04.2016 - 22:11
[b]Türk derbisinin qalibi “al qurdlar” oldu[/b]

Asiya Çempionlar Liqasında növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, Təbrizin "Traktorsazi" klubu evdə Özbəkistan "Paxtakor"unu qəbul edib.

 

Cənubi Azərbaycan türklərinin simvolu olan Təbriz klubu türk derbisini 2:0 hesabı ilə qazanıb.

 

Bu qələbəylə xallarının sayını 9-a yüksəldən "al qurdlar" 1-ci pillədəki mövqeyini möhkəmləndirib.

 

Asiya Çempionlar Liqası, qrup mərhələsi

 

6 aprel

C qrupu

 

“Traktorsazi” – “Paxtakor” - 2:0

Qollar: Auqusto Dos Santos, 59. Saed Ağaei, 90+2