[b]Türk futbolçu Premyer Liqa klublarının hədəfində[/b]
08.06.2017 - 22:06
[b]Türk futbolçu Premyer Liqa klublarının hədəfində[/b]

“Beşiktaş”ın yarımmüdafiəçisi Oğuzhan Özyakup İngiltərə Premyer Liqa klublarının diqqət mərkəzindədi. Apasport.az saytının məlumatına görə, “Tottenhem” və “Arsenal”dan sonra “Vest Hem” də 24 yaşlı futbolçunu heyətinə cəlb etmək istəyir.

 

Xüsusilə, “çəkicdöyənlər”in əvvəllər “Beşiktaş”da da çalışmış baş məşqçisi Slaven Biliçin yarımmüdafiəçinin xidmətində maraqlı olduğu deyilir.

 

London klubunun Oğuzhan üçün yaxın günlərdə türklərə rəsmi təkliflə müraciət edəcəyi gözlənilir.

 

Qeyd edək ki, “Beşiktaş” Türkiyə millisinin də üzvü olan futbolçuya 15 milyon avro qiymət qoysa da, danışıqlarda bu rəqəmin bir qədər azaldıla biləcəyi güman olunur.