Almaniya Bundesliqasının 30-cu turunda səfərdə Münhenqladbax “Borussiya”sına qalib gələn (3:2) Dortmund “Borussiya”sı yarımmüdafiəçisi Nuri Şahini itirib. Apasport.az saytının məlumatına görə, matçın 22-ci dəqiqəsində xəsarət alaraq əvəzlənən türkiyəli futbolçunun zədəsinin ciddi olduğu deyilir.
Klubun idman direktoru Mixael Zork yerli mətbuata açıqlamasında oyunçunun ayağında qırıq olduğunu, növbəti turlarda böyük ehtimalla şans qazana bilməyəcəyini və mövsümü erkən başa vurduğunu deyib.
Qeyd edək ki, uzun müddət zədədən əziyyət çəkən 28 yaşlı futbolçu sıraya yeni qayıtmışdı. Şahin cari mövsümdə cəmi 4 oyunda şans qazanıb.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ