“Mançester Siti” İlkay Gündoğandan şad xəbər alıb. Apasport.az saytının məlumatına görə, türk əsilli almaniyalı futbolçu İngiltərə Liqa Kubokunun III turunun “Vest Bromviç”lə oyununda zədələnərək meydanı yarımçıq tərk etmişdi.
Tibbi müayinədən keçən oyunçunun diz bağlarında zorlanma olduğu bildirilsə də, bu, ona uzun müddət oynamağa mane olmayacaq. “Şəhərlilər”in rəsmi saytından verilən məlumatda onun qısa müddətdə geri dönəcəyi bildirilsə də, konkret tarix göstərilməyib.
Qeyd edək ki, daha əvvəl xaçvari bağları qırılan futbolçu 9 ay meydanlardan uzaq qalmışdı. Bu, onun “Mançester Siti” forması ilə 3-cü oyunu idi.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”