“Qəbələ”nin futbolçusu Ermin Zets Türkiyə klubunun maraq dairəsinə düşüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Əskişəhərspor” klubu bosniya və herseqovinalı futbolçunu heyətinə qatmaq istəyir.
Qonşu ölkədən olan həmkarlarımızın iddiasına əsasən, klub rəsmiləri futbolçunun özü ilə də görüşərək, keçidini müzakirə edib. Əvvəllər Türkiyənin “Balıkəsirspor” və “Gənclərnirliyi” klublarında oynamış Erminin bacarığına bələd olan “Əskişəhərspor” rəhbərliyi onu komandasında görmək istəyir.
Qeyd edək ki, 2015-ci ilin yayında “Qəbələ”yə keçən Zets hazırda davam edən Premyer Liqanın “Kəpəz”lə matçında meydana çıxıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"