Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz klubu “Bursaspor”dan ayrılır. Apasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Superliqanın XXX turunda “Çaykur Rizəspor”la (0:6) keçirilən qarşılaşmadan öncə oynamaqdan imtina etdiyi üçün komandadan uzaqlaşdırılan 29 yaşlı forvard mövsümün sonunda yola salınacaq. Baş məşqçi Adnan Örnək mətbuata açıqlamasında rəhbərliyin yayda bir neçə təcrübəli oyunçu ilə vidalaşacağını və oynamaq istəyən gənclərə şans verəcəyini söyləyib.
Dəniz Yılmazın klubla müqavilə müddəti 2019-cu ilin yayına qədər olduğundan, “ağ-yaşıllar” onu transferə çıxarmaq qərarına gəliblər.
Qeyd edək ki, Dəniz Yılmaz bu mövsüm ümumilikdə 21 matçda iştirak edib, 5 qola imza atıb.