[b]Türkiyə klubuna keçəcəyi deyilən hücumçu “Qarabağ”a qoşuldu[/b]
09.01.2017 - 19:23
“Qarabağ”ın Antalyadakı təlim-məşq toplanışı davam edir. Apasport.az saytının məlumatına görə, bir neçə gündür komandadan ayrı düşən Reynaldo da artıq ümumi planda məşqlərə qoşulub.
Dizində ağrılar olan braziliyalı bu müddətdə fizioterapevtin nəzarətində hazırlıqlarını fərdi şəkildə davam etdirirdi.
Klubdan verilən məlumata görə, artıq zədəsini tam sağaldan hücumçu axşam məşqində komanda yoldaşlarına qoşulub.
Qeyd edək ki, Türkiyə mətbuatında Reynaldonun Super Liqa təmsilçisi “Gənclərbirliyi”nə keçmək ehtimalı haqqında xəbərlər yayılıb.
0
0