Türkiyə Kubokunda 1/4 final mərhələsinin cütlükləri məlum olub. Apasport.az saytı xəbər verir ki, bu gün Türkiyə Futbol Federasiyasının binasında püşkatma mərasimi keçirilib.
Yoluna davam edən yeganə aşağı liqa təmsilçisi “Amedspor” “Fənərbaxça” ilə qarşılaşacaq. 1/8 finalda “Trabzonspor”u mübarizədən kənarlaşdıran “Akhisar” isə bu dəfə “Qalatasaray”a rəqib olub.
İki görüşdən ibarət olacaq 1/4 final mərhələsinin matçları fevralın 9-11-də və martın 1-3-də oynanılacaq.
Həmçinin yarımfinal mərhələsinin də püşkü atılıb. “Beşiktaş” və “Fənərbaxça” mərhələ adlasalar, yarımfinalda üz-üzə gələcəklər. Yəni prinsipial rəqiblər “Fənərbaxça” ilə “Qalatasaray” yalnız finalda qarşılaşa bilərlər. Bu mərhələnin görüşləri isə 19-21 aprel və 10-12 may tarixlərində keçiriləcək.
1/4 final mərhələsinin cütlükləri
“Beşiktaş” – “Konyaspor”
“Amedspor” – “Fənərbaxça”
“Akhisar” – “Qalatasaray”
“Başakşəhər” – “Çaykur Rizəspor”
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"