Türkiyə kubokunda ikinci finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ikinci yarımfinalın cavab matçında “Başakşəhər”lə “Fənərbaxça” qarşılaşıblar.
İlk görüşdən 2:2 hesablı bərabərliklə ayrılan komandaların oyunu bu dəfə də gərginliklə yadda qalıb. “Başakşəhər” iki dəfə hesabda önə keçsə də, sona qədər üstünlüyünü qoruya bilməyib. 90 dəqiqəsi ilk oyunda olduğu kimi 2:2 bitən qarşılaşmanın uzatma dəqiqələrində də hesab dəyişməyib.
Qalibi və finalçını müəyyən etmək üçün penalti vuruşlarına ehtiyac yaranıb. Maraqlıdı ki, “lotoreya” da gərgin keçib. Qarşılıqlı zərbələri dəqiq yerinə yetirən komandalar 13-cü vuruşa kimi davam ediblər. Yekunda yanlışlığa daha çox yol verən “Fənərbaxça” olub. “Başakşəhər” 10:9 hesabı ilə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, ilk finalçı “Konyaspor” olmuşdu.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA