[b]Türkiyə Luçeskunun həmyerliləri ilə qarşılaşacaq[/b]
12.10.2017 - 00:58
[b]Türkiyə Luçeskunun həmyerliləri ilə qarşılaşacaq[/b]

DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxış edən və mundialdan kənarda qalan Türkiyə millisi yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Mirça Luçesku açıqlama verib.

 

O, “ay-ulduzlular”ın gələn ay Rumıniya millisi ilə qarşılaşacağını bildirib.

 

Qeyd edək ki, seçmə mərhələdə 10 oyundan sonra 15 xal toplamış Türkiyə yığması qrup mərhələsini 4-cü pillədə başa vurub.