[b]Türkiyəli məşqçi Prosineçkiyə söz atdı: Onları menecerlər daşıyır[/b]
20.02.2017 - 15:14
[b]Türkiyəli məşqçi Prosineçkiyə söz atdı: Onları menecerlər daşıyır[/b]

“Şenol Günəş “Beşiktaş”la çempion oldu. İngiltərəyə gedə bildimi? Xeyr”. Apasport.az saytının məlumatına görə, bunu türkiyəli futbol məşqçisi Giray Bulak deyib.

 

“TRT Spor” kanalının qonağı olan təcrübəli mütəxəssis Türkiyədə əcnəbi məşqçilərə xüsusi diqqət ayrılmasından narahatlığını dilə gətirib. O, xüsusən də, Balkan ölkələrindən gələn məşqçilərin ölkələrində yaxşı reklam olunduqlarını düşünür.

 

Bulak müsahibə əsnasında Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkiyə söz atmağı da unutmayıb: “Slaven Biliç Türkiyədə nə etdi, çempion oldu? Komandanı yerlərdə süründürdü. Ardıcıl 7-8 matçda qələbə qazandığı period oldu, ancaq “Beşiktaş” üçün bu kifayət deyil. İndi də “Vest Hem”dədi. Keçmiş yuqoslaviyalılar son vaxtlar ölkəmizə gəlib, bir az oynayan kimi, menecerlik şirkəti açırlar. Çünki onları menecerlər daşıyırlar. Bəs Robert Prosineçki “Kayserispor”da nə etdi? Hazırda Azərbaycan millisindədi. Şota Arveladze “Kayserispor”la, “Trabzonspor”la, “Kasımpaşa” ilə heç nə edə bilmədi. İndi də İsraildədi və “Alanyaspor”a gəlməyə çox yaxın idi. Bir menecer oyunu gedir. Bizim ölkəmizdə bütün problemlər Klublar Qanunu qüvvəyə mindikdən sonra düzələcək”.