Topaz Premyer Liqasının XXIV turu 7 futbolçunun cəzalanması ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, onlardan 6-sı sarı, biri isə qırmızı vərəqə aldığından növbəti turu buraxacaq.
Ən böyük zərbə ölkənin iki köklü klubu “Neftçi” ilə “Kəpəz”ə dəyib. Bakılılar “Qəbələ” ilə qarşılaşmada Aqil Məmmədovla Jairo Filyo Rodrigesi itirib. Sonuncu qırmızı vərəqə aldığından ən azı 2 oyunluq kənarlaşdırılacaq. Qapıçı mövsümdə 8-ci xəbərdarlıq üzündən AZAL-la səfər matçında meydana çıxa bilməyəcək.
“Kəpəz” isə Şəhriyar Əliyevlə, onun adaşı Rəhimovu itirib. Belə ki, “Rəvan”la matçdakı vərəqələr onların hər ikisinin hesabına 4-cü “sarı” kimi düşüb. Onlar “Xəzər Lənkəran”la ev oyununda “istirahət edəcək”. Əliyev 4 sarı vərəqədən başqa, cari mövsümün gedişində 2 xəbərdarlıq üzündən meydandan da qovulub.
“İnter”in futbolçusu İlkin Qırtımov da Əliyevin durumundadı. Cari mövsümdə bir dəfə meydandan qovulan arxa xətt oyunçusu “Sumqayıt”la matçda sarı vərəqə sayını 4-ə çatdırıb. Bu üzdən o, “Rəvan”a qarşı oynamayacaq.
“Neftçi” ilə görüşdə komandasının bərabərlik qoluna sevinən Rafael Santos da XXV turu buraxacaq. 4-cü sarı vərəqəsini alan müdafiəçi “Zirə” ilə çox vacib qarşılaşmanı buraxacaq. Qəsəbə təmsilçisi isə Luis Alberto Diezin xidmətindən məhrumdu. Sonuncu “Qarabağ”la matçda sarı vərəqə satını 4-ə çatdırıb.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?