[b]Üç addımlıq irəliləyiş[/b]
09.09.2016 - 17:00
[b]Üç addımlıq irəliləyiş[/b]

Milli komandaların FİFA reytinqi sentyabrın 15-də açıqlanacaq. Apasport.az saytının məlumatına görə, rəsmi dərc olunmasından 6 gün əvvəl təxmini cədvəl müəyyənləşib.

 

Ehtimallara əsasən tərtib olunan siyahını son rəsmi cədvəllə müqayisə etsək, hesabında 252 xal olan Azərbaycan 133-cü yerdə qərarlaşıb. Ötən ay açıqlanan cədvəldə 253 alla 136-cı olan komandamız 1 xal itirsə də, 3 pillə irəliləyib.

 

Buna DÇ-2018-in seçmə mərhələsinin ilk oyunu səbəb olub. Hesabat dövründə San-Marunonu 1:0 hesabı ilə yenən yığmamız irəliləyişə imza atıb.

 

Xalı azalıb, amma irəliləməyimizə digər ölkələrin nəticələri səbəb olub. Ötən ay millimizi qabaqlayan Anqola, Tailand, Gürcüstan, Puerto-Riko geriləməklə daha aşağı yerlərə yuvarlanıb. Dominikan Respublikası isə millimizi arxada qoyub.

 

Dünyanın 14-cü “onluğ”u

131 (129). Madaqaskar – 269

132 (124). Tanzaniya – 264

133 (136). Azərbaycan – 252

134 (132). Anqola – 247

135 (120). Tailand - 246

136 (118). Gürcüstan – 240

136 (141). Sudan – 240

138 (114). Puerto-Riko – 238

139 (151). Kuba – 229

140 (137). Salvador - 228

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə, Belçika 2-ci sırada qalsa da, Kolumbiya 3-cü pilləni əldən verib. Almaniya cənubi amerikalıları 4-cü yerə göndərib. 5 pillə irəliləyən Braziliya isə Kolumbiyaya şərik olub. İtaliya və İspaniya ilk “onluq”dan uzaq düşübsə, Uruqvayla Uels ora daxil olub.

 

İlk “onluq”

1 (1). Argentina – 1646

2 (2). Belçika – 1369

3 (4). Almaniya – 1347

4 (9). Braziliya – 1323

4 (3). Kolumbiya – 1323

6 (5). Çili – 1284

7 (6). Portuqaliya – 1228

8 (7). Fransa – 1188

9 (12). Uruqqvay – 1173

10 (11). Uels – 1161

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə Çexiya irəliləyib. Şimali İrlandiya 2, Norveç 20 pillə geriləyib. Yığmamıza uduzan San-Marino 2-ci “yüzlüy”ü də tərk edib.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (4). Almaniya – 1347

30 (28). Şimali İrlandiya - 798

33 (34). Çexiya - 762

70 (50). Norveç - 487

201 (200). San-Marino – 17

 

Qeyd edək ki, qonşu Türkiyə yığması 21-ci yerə yuvarlanıb. 2 pillə geriləyən  “ay-ulduzlular” 885 xala malikdi.