“Kəpəz”in ev oyunlarında maraqlı tendensiya müşahidə olunur. Apasport.az saytının məlumatına görə, Gəncədə keçirilən çempionat qarşılaşmalarında 2-dən artıq qol vurulmur.
Artıq 14 matçdı qərbli azarkeşlər 3 və ya daha çox qolun vurulmasına həsrətdi. Nə “Kəpəz” məhsuldar oynayır, nə rəqibi, nə də iki komanda birlikdə.
Sonuncu dəfə 2015/16 mövsümünün sonlarında Gəncə təmsilçisinin ev oyununda daha çox qol olub. 2016-cı il mayın 11-də “Neftçi”yə 1:2 hesabı ilə uduzan qərblilər azarkeşlərə 3 top nümayiş etdirmişdi.
“Kəpəz”in bu göstəricisi hazırda davam edən seriyalar arasında dünya rekordudu. Planetin 3 komandasının ev oyunlarında bu qədər müddətdi 2-dən artıq qol vurulmur. Albaniyanın “Korabi” və İtaliyanın “Piza” klubları təmsilçimizlə eyni nəticəyə malikdi.