Bu gün dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimizdən Almaniya Helzenkirhendə Macarıstanı qəbul edib.
Hər hissədə bir dəfə fərqlənən "panzerlər" oyundan 2:0 hesablı qələbəylə ayrılıblar.
Millimizin digər rəqibi Şimali İrlandiya isə Slovakiya ilə qolsuz bərabərə qalıb.
Riyekada keçirilən Xorvatiya - San Marino oyununda "qol yağışı" olub. Xorvatlar “cırtdanlar”ı topa tutublar – 10:0.
Yoxlama oyunları
4 iyun
Avstraliya – Yunanıstan - 1:0
Qol: Leki, 90+3
Almaniya – Macarıstan - 2:0
Qollar: Lanq, 39 (öz qapısına), Müller, 63.
Fil Dişi Sahili – Qabon - 2:1
Qollar: Kodia, 52. Diomande, 72 - Evouna, 81.
Xorvatiya - San Marino - 10:0
Qollar: Pyaça, 21. Mancukiç, 24; 36; 38. Srna, 25. Perişiç, 40. Rakitiç, 51. Kaliniç, 59; 73; 84.
Avstriya – Hollandiya - 0:2
Qollar: Yanssen, 9. Viynaldum, 67.
Slovakiya - Şimali İrlandiya - 0:0
Fransa – Şotlandiya - 3:0
Qollar: Jiru, 8; 35. Kosielni, 39