[b]UEFA-dan “Barselona”ya sürpriz “hücum”[/b]
29.01.2016 - 17:43
[b]UEFA-dan “Barselona”ya sürpriz “hücum”[/b]

UEFA gözlənilmədən “Barselona” klubunun bazasına nümayəndələr göndərib. Apasport.az-ın İspaniya mətbuatına istinadən məlumatına görə, qitə futbol qurumu Kataloniya klubunun oyunçularının dopinqdən istifadə etməsindən şübhələnib.

 

Bu səbəbdən nümayəndələr futbolçuları testdən keçirmək qərarına gəliblər. Nə az, nə çox düz 10 futbolçu - Mark-Andre Ter Ştegen, Xerard Pike, Serxio Buskets, Andres İnyesta, Mark Bartra, Xordi Alba, Serxi Roberto, Jeremi Matyu, Luis Suares və Neymar  dopinq-testdən keçiriliblər.

 

Kataloniya klubunun nümayəndələri UEFA-nın onlardan xəbərsiz bazalarına nümayəndə göndərdiklərini açıqlayıblar.